Modern.az

Bərdədə 300 min manat dəyərində pirotexniki vasitələr aşkarlandı

Bərdədə 300 min manat dəyərində pirotexniki vasitələr aşkarlandı

30 Dekabr 2023, 13:12

Bərdə rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan külli miqdarda pirotexniki vasitələr götürülüb.

 

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, aşkarlanan vasitələrin dəyəri 300 min manata yaxındır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?