Modern.az

Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

Azərbaycanın xarici yardımlar üçün ayırdığı vəsaitin xərc istiqamətləri müəyyənləşəcək

30 Dekabr 2023, 13:24

Maliyyə Nazirliyi 2024-cü ildə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini təqdim etməlidir.

 

Modern.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin müvafiq sərəncamında əksini tapıb.

 

Maliyyə Nazirliyinə xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində təqdim etmək tapşırılıb.

 

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində xarici yardımlar üçün 80 000 000 manat vəsait nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?