Modern.az

Birinci instansiya məhkəmələrinə daxil olan işlərin SAYI

Birinci instansiya məhkəmələrinə daxil olan işlərin SAYI

30 Dekabr 2023, 14:24

Bu il birinci instansiya məhkəmələrinə 280 minədək iş daxil olub. Onlardan 200 minədək mülki, 22 mindən çox cinayət, 40 minədək inzibati və 15 minədək kommersiya və digər işlər olub.

 

Modern.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri və Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.

 

Onun sözlərinə görə, 2023-cü ildə Ali Məhkəməyə ümumilikdə 13500 iş daxil olub, onlardan 5600 mülki, 3400 cinayət, 3700 inzibati, 760 kommersiya və digər işlər olub.

 

Bildirilib ki, ötən illə müqayisədə daxil olan işlərin sayında ən çox 30 faiz həddində artım inzibati işlər üzrə olub.

 

Qeyd edilib ki, bütün instansiya məhkəmələrinə daxil olan işlərin təqribən 70-80 faizinə mahiyyəti üzrə baxılaraq yekun nəticə verilir.

 

Təqdim edilən məlumatlardan göründüyü kimi, birinci instansiya məhkəmələrinə daxil olan işlərdən kateqoriyasından asılı olaraq Ali Məhkəməyə təqribən 3-5 faiz hissəsi daxil olur. Bu isə məhkəməyə müraciət edən şəxslərin məhkəmələrə olan inamını əks etdirən ciddi göstəricidir.

 

Cari və ötən ilin təhlili onu göstərir ki, apellyasiya instansiya məhkəmələrinə birinci instansiya məhkəməsinə daxil olan mülki işlərin cəmi 10, Ali Məhkəməyə isə apellyasiyaya daxil olan işlərin cəmi 30 faizi daxil olur. Görünən odur ki, tərəflər əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul edilən mülki işlər üzrə məhkəmə aktlarının cəmi 90 faizindən, apellyasiya instansiyası məhkəmələrinin qərarlarının isə 70 faizi ilə razılaşırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?