Modern.az

Tanınmış modeli döyən şəxsin istintaqı tamamlandı

Tanınmış modeli döyən şəxsin istintaqı tamamlandı

30 Dekabr 2023, 15:28

Model Raziyyat Əliyevanı döyməkdə ittiham olunan Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Modern.az xəbər verir ki, iş Bakı Aır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.

 

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib.

 

Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?