Modern.az

\"Meğrı İcması\" Həmrəylik Günü tədbiri keçirdi - FOTOLAR

\

30 Dekabr 2023, 16:13

Bu gün "Meğrı İcması"nın 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin akt zalında təşkil olunmuş tədbirdə Mərkəzin direktoru Dos. Dr. Asiman Həsənov, "Meğri İcması"nın sədri Fikrət Əliyev, ağsaqqallar və ziyalılar iştirak edib.

 

Tədbiri “Meğri İcması”nın sədri Fikrət Əliyev açıq elan edib. Belə bir icmanın yaradılmasına şərait yaratdığına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Bundan sonra dövət himni səslənib, Ümumilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Nüvədi, Maraləzmi, Aldərə, Lehvaz, Lök kənd icmalarının nümayəndələri çıxış ediblər. 

 

Çıxışlarda kənd icmalarının gördüyü işlərdən, görüşlərdən, sosial şəbəkələrdə aktivliklərdən bəhs olunub.

 

Sonda təkliflər səsləndirilib. Hər icma nümayəndəsinin kəndlərinin tarixindən bəhs edən kitabların yazılması, sayt yaradılması kimi məsələlər təklif olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?