Modern.az

Yol polisi rayonlara gedənlərə müraciət etdi 

Yol polisi rayonlara gedənlərə müraciət etdi 

30 Dekabr 2023, 19:17

Baş Dövlət Yol Polis İdarəsi (DYP) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

 

Bugündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib. Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?