Modern.az

ABŞ-də Həmrəylik Günü qeyd olundu

ABŞ-də Həmrəylik Günü qeyd olundu

30 Dekabr 2023, 21:27

ABŞ-nin Vaşinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib.

 

Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, ölkəmizin ABŞ-daki səfirliyi və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan icmasının nümayəndələri və xarici qonaqlar iştirak ediblər.

 

Tədbirdə Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim və ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov çıxışlarında icma üzvlərini Ümummilli Lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarına ərməğan olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.

 

Səfir X.İbrahim qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və igidlərimizin şücaəti və qəhrəmanlığının nəticəsidir. Səfir dövlətimizin qələbəsinin yalnız Vətənimizdə deyil, eyni zamanda, ABŞ-da da bizlərə fərqli hisslər yaşatdığını bildirib. X.İbrahim 2024-cü ildə birgə səylərimizin daha da fəal olacağına və birlikdə Azərbaycanımızın daha gözəl gələcəyi üçün səylər göstərəcəyimizə ümid ifadə edib.

 

Səfir X.İbrahim son olaraq qalib Azərbaycanın adının ABŞ-da yüksək səviyyədə təmsil olunması naminə fədakar xidmətlər göstərən diaspor fəallarına minnətdarlığını bildirib.

 

Bayram tədbiri musiqi proqramı ilə davam edib.

 

Konsertdən sonra qonaqlara Azərbaycan mətbəxinin ləziz taamları təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?