Modern.az

Ağsaqqlar Şurasından Prezidentə TƏBRİK

Ağsaqqlar Şurasından Prezidentə TƏBRİK

31 Dekabr 2023, 11:31

Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar Quliyev 

Prezident İlham Əliyevi bayram münasibətiylə təbrik edib.

 

Modern.az təbrik mətnini təqdim edir:

 

"Möhtərəm Prezident! 

Cənab Ali Baş Komandan!

 

Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimiz Azərbaycanın daha da inkişaf etdirilməsi və işıqlı gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq!

 

Bu gün Siz Azərbaycanda tərəqqi, rifah, sülh və sabitlik yoluna sadiq qalaraq bütövlükdə ölkəmizin dinamik inkişaf edən qüdrətli və zəngin bir dövlətə çevrilməsi uğrunda fəaliyyətinizi yüksək nailiyyətlərlə davam etdirirsiniz. Müasir dövr Azərbaycan tarixi, respublikamızın rifahı, inkişafı, müstəqilliyi və dövlətçiliyi ilə bağlı görülən böyük işlər, yüksək əməllər, xüsusilə erməni işğalçıları üzərində qazanılan möhtəşəm Zəfər, suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunması Sizin adınızla bağlıdır. Siz Azərbaycana rəhbərlik etdiyiniz bu illərdə yüksək intellektiniz, siyasi bacarığınız, müdrikliyiniz və əzmkarlığınızla xalqımızın varlığını, heysiyyatını, milli-tarixi köklərini, mənəvi dəyərlərini qoruyub saxlamış, iqtisadiyyatımızı, mədəniyyətimizi mümkün olan ən yüksək inkişaf səviyyəsinə çatdırmısınız. Müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə əldə etdiyi hər bir uğur Sizin konkret əməli fəaliyyətinizin nəticəsidir.

 

Hər zaman Sizin uğurlu daxili və xarici siyasətinizi qətiyyətlə dəstəkləyən Azərbaycan Ağsaqqallar Şurasının 77 şəhər və rayon təşkilatında fəaliyyət göstərən 35 min üzvü daim ölkəmizin ictimi-siyasi və mədəni həyatında yaxından iştirak edir, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə Vətənimizin inkişafına öz töhfələrini verirlər. Ağsaqqallar Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hazırda tərəfinizdən yüksək səviyyədə davam etdirilən inkişaf strategiyasının vətəndaşlar arasında təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin Sizin  ətrafınızda daha sıx birləşməsi, gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqlik və  vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

 

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Sizin sərəncamınızla ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ildə də Vətənimizin xoşbəxt gələcəyi naminə fəaliyyətlərini intensiv şəkildə quraraq respublikamız üçün önəmli olan bir çox əhəmiyyətli  işlərdə daim ön cərgələrdə olacaq, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə ictimai həyatın müxtəlif sahələrinin inkişafında mühüm rol oynayacaq, həmçinin ətraf mühitin qorunmasını, yaşıllıqların artırılmasını və su ehtiyatlarından səmərəli istifadəni təşviq edən maarifləndirmə işlərində yaxından iştirak edəcəklər.

 

Cənab Prezident!

 


Bu gün Sizin apardığınız uzaqgörən və uğurlu siyasət nəticəsində Azərbaycan  inkişaf etməkdə olan ölkələr arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq səviyyədə reallaşdırılan enerji və nəqliyyat layihələrində, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana Sizin kimi parlaq düşüncəli, uzaqgörən, qətiyyətli, iradəli və müdrik bir şəxsiyyətin rəhbərlik etməsi çox vacibdir. Biz - Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz siyasətin davam etdirilməsini tarixi zərurət hesab edirik. Əminik ki, Siz uzun illər ərzində dövlət başçısı kimi yeni-yeni uğurlara imza atmaqla Vətənimizi daha xoşbəxt gələcəyə qovuşduracaqsınız.

 

Bir daha Sizi və Sizin ömür-gün yoldaşınız, ən yaxın silahdaşınız, Vətənimizin inkişafına böyük töhfələr verən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, uca Allahdan Sizə daim xoş əhval-ruhiyyə, ailə səadəti, firavanlıq və dövlətçilik fəaliyyətinizdə davamlı nailiyyətlər diləyirik!" 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?