Modern.az

Yaponiyada iki təyyarə toqquşdu - 5 nəfər öldü - YENİLƏNİB

Yaponiyada iki təyyarə toqquşdu - 5 nəfər öldü - YENİLƏNİB

2 Yanvar 2024, 16:40

"Yaponiya Hava Yolları”na məxsus sərnişin təyyarənin Tokionun “Haneda” hava limanına enərkən sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşması nəticəsində 5 ekipaj üzvü həlak olub.


Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.


Ölənlər Yaponiya Sahil Mühafizəsi nəqliyyat təyyarəsinin ekipaj üzvləridir. 

Sərnişin təyyarəsinin göyərtəsində olan 379 nəfər isə yanğın zamanı uğurla təxliyə edilib.

Xatırladaq ki, toqquşma eniş zamanı baş verib.

***
Tokio hava limanında Yaponiya Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşan sərnişin təyyarəsi uçuş-enmə zolağında yanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Sapporodan 400-ə yaxın sərnişinlə gəlib.

Toqquşma nəticəsində Yaponiya Sahil Mühafizəsinin təyyarəsi də yanıb. O, İşikava prefekturasında zəlzələdən zərər çəkənlərə yardım ləvazimatları çatdırmalı idi.

Sapporodan Tokioya uçan sərnişin təyyarəsinin göyərtəsində 8-i körpə uşaq olmaqla 379 nəfər olub. Bütün sərnişinlər uğurla təxliyə edilib.

Məlumata görə, toqquşma eniş zamanı, digər təyyarə artıq uçuş-enmə zolağında olarkən baş verib. Hadisədən sonra Haneda hava limanında bütün dörd uçuş-enmə zolağı bağlanıb.

Bildirilir ki, Yaponiya Sahil Mühafizəsi nəqliyyat təyyarəsinin 6 ekipaj üzvündən yalnız 1-i sağ qala bilib və evakuasiya edə bilib. Qalan ekipaj üzvlərinin taleyi naməlum olaraq qalır.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!