Modern.az

İmişlidə kanalda batan uşağın axtarışı aparılır - VİDEO

İmişlidə kanalda batan uşağın axtarışı aparılır - VİDEO

Aktual

2 Yanvar 2024, 15:23

Xəbər verildiyi kimi, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 2023-cü il 26 dekabr tarixdə batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.


Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, kanalda suyun səviyyəsi aşağı salınmaqla, hazırda FHN-in dalğıc-xilasediciləri kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarış-xilasetmə əməliyyatını davam etdirirlər.

 



 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!