Modern.az

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərləndi

Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərləndi

3 Yanvar 2024, 17:27

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb.

 

Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər.

 

Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib.

 

Hazırda hamısının vəziyyəti normaldır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!