Modern.az

Aygün Attara iki mükafat veriləcək - FOTO

Aygün Attara iki mükafat veriləcək - FOTO

Aktual

5 Yanvar 2024, 12:50

Türkiyədə yaşayan dünya şöhrətli azərbaycanlı alim, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü professor Aygün Attara iki mükafat təqdim ediləcək.

 

Modern.az xəbər verir ki, yanvarın 9-u İstanbulda “Güclü Qadınlar, Güclü Sabahlar” mövzusunda tədbir keçiriləcək.

 

Tədbirdə öz sahələrində uğur hekayələri yazan qadınlar iştirak edəcək. Mərasimdə çox əhəmiyyətli şəxslərdən ibarət münsiflər heyəti tərəfindən verilən mükafatlar təqdim olunacaq.

 

Bu il Elite Wold Taksim Otelində keçiriləcək tədbirdə “Türk Dünyası Mükafatı” kateqoriyasında professor Aygün Attara mükafatın təqdim edilməsi qərara alınıb.

 

Professor Attar, “Beynəlxalq Sülh və Akademiya” mükafatına da layiq görülüb. Beynəlxalq Diplomatik Assosiasiyanın DMW mükafatlandırma mərasimi mart ayında Frankfurtda baş tutacaq.

 

1313062

1313060

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!