Modern.az

Aygün Bəylərin cənazəsi Bakıya gətirildi - VİDEO

Aygün Bəylərin cənazəsi Bakıya gətirildi - VİDEO

Aktual

7 Yanvar 2024, 17:33

Türkiyədə vəfat edən Əməkdar artist Aygün Bəylərin nəşi Bakıya gətirilib.

 

Modern.az xəbər verir ki, cənazənin ölkəyə gətirilməsi Ankara-Bakı xüsusi reysi ilə təmin olunub.

 

Onun nəşi Suraxanı rayonunda atasını evinə aparılacaq.

 

***

13:20

“Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri aparılır”.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat veriblər.

 

Qeyd olunub ki, vida və dəfn məsələlərinə təyyarə Bakıya çatdıqdan sonra qərar veriləcək:

 

“Cənazə Aygün Bəylərin Suraxanıdakı evinə gətiriləcək”.

 

Xatırladaq ki, uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkən sənətçi dünən gecə Türkiyədə vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü