Modern.az

Eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlandı

Eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlandı

7 Yanvar 2024, 15:41

Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında eyvandan yıxılan yeniyetmənin vəziyyəti açıqlanıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, hazırda pasiyentin vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir:


"Vəziyyətində müsbət dinamika müşahidə edilir. Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir. Zəruri tədbirlər görülməkdə davam edilir".

 

Qeyd edək ki, bir neçə gün öncə Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanında yaşayan Ayan Aslanova eyvandan yıxılaraq xəsarət alıb. Sosial şəbəkədə hadisə ilə bağlı Təcili Tibbi Yardım çağırıldığı halda çağırışa həkimin gəlmədiyinə dair məlumat yayılmışdı. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü