Modern.az

İki rayona yeni prokuror təyin edildi 

İki rayona yeni prokuror təyin edildi 

Aktual

7 Yanvar 2024, 20:20

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

 

Baş prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

 

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

 

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

 

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü