Ermənistanın Baş Prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu - Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edib.
Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya şikayəti verib.
Qeyd edək ki, Q.Xaçaturov 2023-cü il fevralın 20-də saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur.
2023-cü il dekabrın 1-də Apellyasiya Məhkəməsinin hakimi Armen Hovhannisyan müdafiə tərəfinin şikayətini qismən təmin edib və Xaçaturovun barəsində seçilmiş 9 aylıq həbs-qətimkan tədbirini 20 milyon dram məbləğində girov və inzibati nəzarət tətbiq etməklə ləğv edib.