Modern.az

“Tut ağacı”nın bəstəkarı: Biz elə bilirdik, Aygün həmişə yaşayacaq...

“Tut ağacı”nın bəstəkarı: Biz elə bilirdik, Aygün həmişə yaşayacaq...

Aktual

8 Yanvar 2024, 12:36

“Mədəniyyətimiz üçün çox ağır itkidir. Onu qoruya bilmədik, özü də özünü qoruya bilmədi".

 

Modern.az xəbər verir ki, bunu Əməkdar artist Aygün Bəylərlə vida mərasimində “Tut ağacı”nın bəstəkarı, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə deyib.

 

O deyib ki, son dəfə Aygün Bəylərlə konsertindən öncə “Tut ağacı” mahnısı ilə bağlı danışıb:

 

"Əslində xəstəliklə bağlı sonu bilirdik. Amma nə qədər bilsək də, biz elə bilirdik ki, Aygün həmişə yaşayacaq. Bizim onunla çox fərqli münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Məni kimsə tanımayanda deyirəm ki, “Məktəb illəri” və “Tut ağacı”nın bəstəkarıyam. İnsanların siması o anda dəyişir. Mahnıların özü bir xatirəyə çevrildi. Əslində Aygün haqda çox danışa bilərəm, amma hazırda çox çətindir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü