Modern.az

Şəhidlər Xiyabanında ekshumasiya olunan qəbirlərdən nə xəbər var...

Şəhidlər Xiyabanında ekshumasiya olunan qəbirlərdən nə xəbər var...

Aktual

8 Yanvar 2024, 15:38

Bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılmışdı.

 

Prosesin nəticəsi barədə ətraflı məlumat veriləcəyi deyilsə də, hələlik bu barədə açıqlama verilməyib.

 

Modern.az məsələ ilə bağlı Respublika Hərbi Prokurorluğuna müraciət edib.

Saytımıza açıqlamasında Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev hələ də eyniləşdirmə prosesinin aparıldığını söyləyib.

 

"Hələ də eyniləşdirmə prosesi gedir. Ümumilikdə 3000 nəfərdən artıq şəxslər, rəhmətliklər, onların qohumları, götürülən analizlər prosesə daxildir. Məhz buna görə də eyniləşdirmə prosesi vaxt aparır. Şəxsiyyəti müəyyən edilən meyit tapılan kimi məlumat veriləcək", - o, deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü