Modern.az

Fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabat dərc edilib

Fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabat dərc edilib

Aktual

8 Yanvar 2024, 13:36

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Azərbaycanda fındıq dəyər zəncirində yaşıl enerji imkanları ilə bağlı hesabatı dərc edilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, hesabatın məqsədi ölkə üzrə fındıq dəyər zəncirində yaranan qalıqların bioenerjiyə çevrilmə imkanlarının dəyərləndirilməsidir. Hesabatda bioenerjiyə yararlı fındıq qalıqlarının həcmi qiymətləndirilərək müəyyən edilmiş texnologiyaların tətbiqi üçün tələb olunan investisiyalar hesablanıb və istixana qazı emissiyalarının azaldılması yolları təqdim edilib.

 

Qeyd edək ki, “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi - HAZER” layihəsi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2020-ci il 1 iyun tarixindən etibarən FAO ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə həyata keçirilir və Aqrar Kredit və İnkişaf Agentliyinin koordinasiyası ilə idarə edilir. Layihənin milli koordinatoru Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzovdur.

 

“HAZER” layihəsinin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün fermerlərə Qabaqcıl Kənd Təsərrüfatı Təcrübələrini (GAP) tətbiq etmək imkanı yaratmaqdır.

 

Hesabat hökumət tərəfindən maliyyələşdirilən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində hazırlanıb. İngilis dilində olan hesabatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: //www.fao.org/documents/card/en/c/cc8599en .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü