Modern.az

Nazirlik gəmilərə texniki baxış keçirəcək

Nazirlik gəmilərə texniki baxış keçirəcək

Aktual

8 Yanvar 2024, 13:40

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

 

Məlumata görə, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək.

 

Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

 

Sıra

Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar

Texniki baxışın keçirilmə vaxtı

1.

Şimal regionu üzrə

Fevral ayı ərzində

2.

Muğan regionu üzrə

Mart ayı ərzində

3.

Cənub regionu üzrə

Aprel ayı əzində

4.

Daxili su hövzələri üzrə

Oktyabr ayı ərzində

5.

Bakı şəhəri və Abşeron rayonu üzrə

 

5.1

Ələt-Bibiheybət istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.2

Zığ-Pirallahi istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri

5.3

Şimal QRES-Nardaran istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

5.4

Görədil-Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində

Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü