Modern.az

Bakı-Ağstafa qatarına axşam reysləri təyin edildi

Bakı-Ağstafa qatarına axşam reysləri təyin edildi

Aktual

9 Yanvar 2024, 10:44

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə həftənin cümə günlərinə axşam reysləri təyin edib.

 

QSC-dən Modern.az-a verilən məlumata görə, oturacaq tipli vaqonlardan ibarət sürət sərnişin qatarı 12, 19, 26 yanvar və 2 fevral tarixlərində saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, 14, 21, 28 yanvar və 4 fevral tarixlərində isə saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

 

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü