Modern.az

Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğından DANIŞDI

Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğından DANIŞDI

Aktual

9 Yanvar 2024, 12:58

“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”​.

 

Modern.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.

 

O qeyd edib ki, Respublika Perinatal Mərkəzindəki yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.


Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.

 

Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü