Modern.az

Taxoqraf kartlarının verilməsi 13 dəfədən çox artıb

Taxoqraf kartlarının verilməsi 13 dəfədən çox artıb

Aktual

9 Yanvar 2024, 13:36

2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) beynəlxalq daşımalar yerinə yetirən sürücü və daşıyıcılara 7 371 ədəd taxoqraf kartı verib.

 

Modern.az bu barədə AYNA-ya istinadən xəbər verir.

 

Məlumata görə, bu, 2022-ci illə müqayisədə 13,1 dəfə çoxdur.

 

"Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iştirak edən sürücülərə və daşıyıcılara, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların saxlanılmasını, sürücünün şəxsiyyətinin eyniləşdirilməsini, habelə iş və istirahət dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsini təmin edən rəqəmsal taxoqraf kartlarının verilməsi intensivləşib",- deyə AYNA bəyan edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü