Modern.az

Meşədən \"Kalaşnikov\" tapıldı

Meşədən \

9 Yanvar 2024, 19:35

Masallı rayonu ərazisindəki meşə dolayından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan sellofan torbaya bükülmüş 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi