Modern.az

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

10 Yanvar 2024, 09:44

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

 

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,4 %, 2025-ci ildə 2,5% artacağını proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1,5 % təşkil etdiyini açıqlayıb.

 

Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində artacağını proqnozlaşdırıb.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi