Modern.az

Bayram Kürdəxanlının Rusiyada oğlu var imiş - VİDEO

Bayram Kürdəxanlının Rusiyada oğlu var imiş - VİDEO

Aktual

10 Yanvar 2024, 16:08

Avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanlının Rusiyada oğlu olduğu üzə çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə ARB-nin efirində məlumat verilib.

 

Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq onunla əlaqəsi yoxdur.

 

“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu. O qız orada təhsil alırdı, qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra o, universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Onun Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Mən onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, - deyə o bildirib.

 

Daha ətraflı ARV TV-nin süjetində:

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi