Modern.az

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi tikiləcək

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi tikiləcək

10 Yanvar 2024, 17:53

Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən bildirilib.

 

Naxçıvan Şəhər Ailə Sağlamlıq Mərkəzinin tikintisinin layihələndirilməsi məqsədilə ötən il avqustun 31-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Oktyabrın 2-də müsabiqə uğurla yekunlaşıb. Mərkəzin tikintisinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 170.000,0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib.

 

Bundan başqa, Naxçıvan şəhərində yeni internat tipli məktəb binası tikiləcək.

 

Bu barədə də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən bildirilib. Yeni internat tipli məktəb binasının layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 200.000,0 manat vəsaitin 103.132,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 96.868 manat məbləğində qənaət əldə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi