Modern.az

Xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı ARTIB

Xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayı ARTIB

10 Yanvar 2024, 19:18

Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-dan dünyada 10 min ölüm olduğu bildirilib.

 

Modern.az xəbər verir ki, bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

 

O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.

 

"Bu tendensiyalar 50-dən az ölkənin, əsasən də Avropa və Amerikanın məlumatlarına əsaslanır. Şübhəsiz ki, digər ölkələrdə də bildirilməyən artımlar var", - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi