Modern.az

Mənim peykim mənim gözlərimdir - İlham Əliyev

Mənim peykim mənim gözlərimdir - İlham Əliyev

10 Yanvar 2024, 23:00

“Bizi ittiham edirlər ki, Ermənistana hücum etmək istəyirik. Bunu tam səmimiyyətlə deyirəm, istəsəydik, girərdik. İstisu şəhəri gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr bizim əlimizdə olmalıydı ki, ermənilərin planlarını gözümüzlə görək”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

 

“Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var. Peykəndən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm (gülür) – dövlət başçısı əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi