Modern.az

Mənzildə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Mənzildə köməksiz qalan uşaq xilas edildi - VİDEO

Aktual

11 Yanvar 2024, 09:56

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onyeddimərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi