Modern.az

Orqanların bağışlanması ilə bağlı razılıq ərizəsinin forması təsdiqləndi

Orqanların bağışlanması ilə bağlı razılıq ərizəsinin forması təsdiqləndi

Aktual

11 Yanvar 2024, 12:16

Azərbaycanda şəxsin ölümündən sonra orqanlarının transplantasiyası məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması təsdiqlənib.

 

Modern.az-ın məlumatına görə, şəxs ölümündən sonra donor orqanların transplantasiyasını həyata keçirən tibb müəssisəsi tərəfindən transplantasiya məqsədilə bədənindən aşağıda göstərilən donor orqan(lar)ının götürülməsinə razılaşdığını və razılaşmadığını bildirməlidir:

 

- ürək

- ağciyər (ürək-ağciyər kompleksi)

- böyrəklər

- qaraciyər

- mədəaltı vəz

- mədə

- bağırsaqlar

- uşaqlıq

- yuxarı və aşağı ətraflar

- sümüklər

- dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri

- sümük iliyi

- gözün buynuz qişası

- kök hüceyrələri

 

Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd edilməlidir.

 

Qeyd edək ki, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.("Report")

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama