Modern.az

Müsahibədən keçən vəkillər təlimə cəlb olundu

Müsahibədən keçən vəkillər təlimə cəlb olundu

Aktual

11 Yanvar 2024, 13:28

Müsahibədən keçən 52 vəkilliyə namizəd təlimə cəlb olunub.

 

Bu barədə Modern.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

 

Bildirilib ki, vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçən vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 67 vəkilliyə namizəd iştirak edib. İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 52 vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi