Modern.az

Əfqanıstanda 6.3 bal gücündə ZƏLZƏLƏ

Əfqanıstanda 6.3 bal gücündə ZƏLZƏLƏ

Aktual

11 Yanvar 2024, 13:44

Əfqanıstanda zəlzələ olub.

 

Modern.az "Geo TV"yə istinadən xəbər verir ki, 6,3 bal gücündə zəlzələ qonşu Pakistanın bir sıra bölgələrində, həmçinin İslamabad, Pişəvər və Lahorda da hiss edilib.

 

Yeraltı təkanlar Pəncab, Xeybər Paxtunxva və Azad Cammu və Kəşmirin (AJK) bir sıra bölgələrində də hiss olunub.

 

Pakistan Meteorologiya İdarəsinin (PMD) məlumatına görə, dərinliyi 213 km olan zəlzələnin episentri Hinduquş bölgəsidir.

 

Zəlzələ qonşu ölkələrdə, o cümlədən Özbəkistan, Qazaxıstan və Hindistanda da hiss olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi