Modern.az

Azərbaycan Rusiyaya 1,5 milyon ədəd yumurta göndərdi

Azərbaycan Rusiyaya 1,5 milyon ədəd yumurta göndərdi

11 Yanvar 2024, 14:12

Azərbaycan Rusiyaya 306 min yumurta tədarük edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

 

Bildirilir ki, yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18,63 ton (306 min ədəd) yumurta gətirilib.

 

Bununla da ölkəmizdən Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) ixrac edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi