Modern.az

Fransada erməni təəsübkeşliyi - Azərbaycana qarşı təxribat 

Fransada erməni təəsübkeşliyi - Azərbaycana qarşı təxribat 

Aktual

11 Yanvar 2024, 15:44

Fransa erməni təəssübkeşlyini sürdürür. Parisin məşhur Bastiliya meydanında “Dağlıq Qarabağ. Erməni irsi təhlükə altındadır” sərgi açılıb.

Modern.az-ın məlumatına görə, sərgi yanvarın 15-dək davam edəcək. Sərgi Paris meriyası və “Şərq Lütfü” katolik təşkilatı tərəfindən təşkil olunub.

Bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Açıq səma altında keçirilən sərgidə qondarma “Dağlıq Qarabağ”ın “erməni tarixi və mədəni irsi”ni əks etdirən 30 fotoşəkil yer alıb.

Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan Paris meriyasına və “Şərq Lütfü” katolik təşkilatına həmişə Ermənistana və erməni xalqına yaxın olduqlarına görə təşəkkürünü bildirib.

Sərginin açılışında Paris merinin müavinləri Arnaud Nqaça və Karine Roland, “Şərq Lütfü” katolik təşkilatının prezidenti Jan-İv Tolot, həmin təşkilatın baş direktoru Paskal Qolniş iştirak ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi