Modern.az

Zaxarova erməni deputata cavab verdi

Zaxarova erməni deputata cavab verdi

12 Yanvar 2024, 14:10

"Qərbi razı salmaq üçün yenə də uçurumun kənarına getmək və absurdluğa düşməmək lazımdır".

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Sarkis Xandanyana cavabında deyib.

S.Xandanyan Ermənistan və Azərbaycan arasında Vaşinqton və Brüsseldə aparılan danışıqların “beynəlxalq nüfuza malik olduğunu və bunun  legitimlik əlavə etdiyini” bildirib.

“Cənubi Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsi Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illərdə bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusudur", - Zaxarova vurğulayıb. 

Xandanyan haqda danışan Rusiya XİN-in rəsmidi "mənə elə gəlir ki, bir sıra insanlar sadəcə olaraq müqayisə aparmaq hissini itiriblər" deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi