Goranboyda şəhid atası evində ziyarət olunub.
Modern.az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Əlirzalı kəndindən Vətən Müharibəsi şəhidimiz Namiq Şahmalıyevin atası Əzim Şahmalıyevi evində ziyarət etdi, şəhid ailəsinin sosial qayğıları ilə maraqlanıb.
İcra Başçısı, həmçinin bir qrup kənd sakinləri ilə də görüşdü və kəndin ümumi həlli vacib məsələləri ilə bağlı, söhbətlər apardı.