Modern.az

Xaçmazda minik maşınları toqquşdu

Xaçmazda minik maşınları toqquşdu

12 Yanvar 2024, 16:40

Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Xudat şəhər sakini 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən “Chevrolet” və “Nissan” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

 

Hadisəyə səbəb “Opel”in sürücüsü A. İsmayılovun sükan arxasında halının pisləşməsi və təzyiqinin qalxması olub. O xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi