Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub.
Modern.az xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb edilib.
İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.
***
20:24
Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.
Modern.az xəbər verir ki, buna görə hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.
İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib.