Modern.az

Yol polisindən piyadalara çağırış: Balaca addımlar atın...

Yol polisindən piyadalara çağırış: Balaca addımlar atın...

14 Yanvar 2024, 08:20

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

 

Modern.az xəbər verir ki, müraciətdə deyilir:

 

“Əziz piyadalar:

 

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

 

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

 

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

 

- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

 

- balaca və asta addımlar atın;

 

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

 

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

 

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

 

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi