Modern.az

Şəhidimizin övladı dünyaya gəldi - VİDEO

Şəhidimizin övladı dünyaya gəldi - VİDEO

15 Yanvar 2024, 11:00

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Asim Abdullayevin qız övladı dünyaya gəlib.

 

Modern.az xəbər verir ki, qəhrəman hərbi qulluqçumuzun döyüş yoldaşları şəhidin həyat yoldaşını və körpəni ziyarət edib, ailə üzvlərinə göz aydınlığı veriblər.


Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə daim əhatə olunduğu xüsusi vurğulanıb.


Şəhidlər ölməz, Vətən bölünməz!


Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi