Modern.az

Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağılıb

Partlayış olan sexin 2750 kvadratmetr sahəsi dağılıb

15 Yanvar 2024, 15:46

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş verən yanğın söndürülüb.

 

Modern.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib.

 

O bildirib ki, saat 11:54 radələrində yanğınla bağlı məlumat daxil olub. Ərazi üzrə 3 yanğın bölməsi hadisə yerinə çatıb:

 

"Bakı qarnizonu 2 saylı çağırışla əraziyə cəlb edilib. Sahəsi 13 min kvadratmetr olan istehsal sexinin 2750 kvadratmetrlik sahəsi dağıntılara məruz qalıb və ərazidə yanğın baş verib. Axtarışlar zamanı 3 nəfərin cəsədi dağıntılar arasında tapılıb, 3 nəfər xilas edilib. Hadisə yerində istintaq qrupu tədqiqat işləri aparır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi