Modern.az

Sakinlər qanunsuz saxladıqları odlu silahları təhvil verdi

Sakinlər qanunsuz saxladıqları odlu silahları təhvil verdi

15 Yanvar 2024, 17:54

Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi