Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir.
Modern.az bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.
Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.
Bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.