Modern.az

Bakıda su hövzələri yaradılacaq

Bakıda su hövzələri yaradılacaq

Aktual

16 Yanvar 2024, 10:55

“Neft sənayesinin çirkləndirdiyi ərazilər təmizlənəcək və ora yenidən həyat qayıdacaq”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib.

 

O bildirib ki, su hövzələri yaradılacaq, şəhərin gələcək təmizliyi nəzərə alınacaq:

 

“Baş plana əsasən, Bakı gələcəkdə sənaye şəhəri olmayacaq, bura iqtisadi cəhətdən daha önəmli faktorları özündə ehtiva edəcək. İnsanyönümlü şəhərə doğru addımlar atılacaq. Bakının inkişafı gələcəkdə dövlət və özəl sektorun birgə tərəfdaşlığı çərçivəsində davam edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal