Modern.az

Bakıda tramvaylar alternativ nəqliyyat vasitələri olacaq

Bakıda tramvaylar alternativ nəqliyyat vasitələri olacaq

Aktual

16 Yanvar 2024, 11:24

Bakıda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimat mərasimində bildirib.

 

O, bununla bağlı təkliflərin olduğunu deyib. Komitə sədrinin sözlərinə görə, Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib. 

 

"Bu istiqamatdə ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam etdiriləcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46-ya çatdırılması planlaşdırılır. Əlavə 20 stansiya tikilməlidir. Bu da çox böyük irəliləyişdir", - o qeyd edib.

 

Anar Quliyev vurğulayıb ki, hazırda avtobusların hərəkəti asanlaşdırılır:

 

"Tramvay isə avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi