Modern.az

Şahin Bağırov iki yeni rəis təyin etdi

Şahin Bağırov iki yeni rəis təyin etdi

16 Yanvar 2024, 13:16

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə qurumun iki Baş İdarəsinə yeni təyinatlar olub.

 

Komitədən Modern.az-a verilən məlumata görə, Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.

 

O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ilin may ayında isə vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.

 

DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi