Modern.az

Türkiyə Yaxın Şərqdə sülh naminə fəaliyyətini davam etdirəcək - Hakan Fidan

Türkiyə Yaxın Şərqdə sülh naminə fəaliyyətini davam etdirəcək - Hakan Fidan

Aktual

16 Yanvar 2024, 15:48

Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Türkiyədə səfərdədir.

 

Modern.az xəbər verir ki, səfər çərçivəsində Qordan Qrliç Radmanın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub. Görüşdən sonra iki nazir mediaya birgə açıqlama verib.

 

İsrail-Fələstin qarşıdurmasına toxunan Fidan bu məsələnin həllinin, eləcə də daimi sülhə nail olmağın yeganə yolunun iki dövlət prinsipi əsasında mümkünlüyünü bir daha təkrarlayıb. Qırmızı dəniz, İraq və Suriyada baş verənləri xatırladan Fidan bu cür gərginliklərin qarşılıqlı hal aldığını, İsrail-Fələstin arasında başlayan gərginliyin isə getdikcə daha geniş bölgəni əhatə etmə riski ilə qarşı-qarşıya qaldığını deyib.

 

Nazir Yaxın Şərq regionunda sülhün təmin edilməsi istiqamətində Türkiyənin fəaliyyətlərini davam etdirəcəyini bildirib.

Sizə yeni x var
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?