Modern.az

ETSN yanında İctimai Şuraya seçkilər keçirildi

ETSN yanında İctimai Şuraya seçkilər keçirildi

16 Yanvar 2024, 17:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

 

İctimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

 

1. IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı

2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri - Sultan-zadə Firuzə Vəhdət qızı

3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri - Yusifov Elman Fərhad oğlu

4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu

5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu

6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu

7. “Azərbaycan Kartoqraflar” İB sədri- Bayramov Müqabil Tofiq oğlu

8. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu

9. “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri - Dostiyari Emin Nadir oğlu

10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu

11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı

12. “Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu

13. “Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu

 

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

 

Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi