Modern.az

\"Sədərək” gömrük postunda xeyli patron aşkarlandı

\

16 Yanvar 2024, 18:00

"Sədərək” gömrük postunda xeyli patron aşkarlanıb.

 

Modern.az xəbər verir ki, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

 

Xəbərə görə, Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından İran İslam Respublikasına gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub. Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi